Prezident: Zəngilan şəhəri işğaldan azad edilib

...Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri!

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 15:11

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub.

 

İnterAz-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

Daha sonra dövlət başçısı Zəngilan rayonu üzrə işğaldan azad edilən əraziləri sadalayıb: "Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"