Zəngilana Azərbaycan bayrağı sancılıb

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 15:32

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər.

 

İnterAz xəbər verir ki,məruzədə deyilib:

 

“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.