Müdafiə Nazirliyi: Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır

...Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 18:29

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

 

İnterAz-ınn xəbərinə görə, açıqlamada deyilir:

 

Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur.

 

Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır.