Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir

...bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Oktyabr 2020, 20:52

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.

 

İnterAz-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib.

 

V.Putin bildirib: "Bir daha hər iki ölkənin Xarici işlər nazirləri (Azərbaycan və Ermənistan - red.) bizə (Moskvaya - red.) gəlmişdilər. Ayın 23-ü onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər".