İranın Qarabağ münaqişənin həlli ilə bağlı təklif etdiyi planın bəzi detalları açıqlanıb

...İran İslam Respubikasınin Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planın bəzi detalları açıqlanıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 01 Noyabr 2020, 14:04

İran İslam Respubikasınin Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planın bəzi detalları açıqlanıb.

 

İnterAz-ın Tehran bürosunun verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bildirib. 

 

Zərif bildirib ki, bu plan təkcə müvəqqəti atəşkəsi deyil, problemin köklü həlli yollarını əhatə edir. 

 

"Atəşkəs ikitərəfli müəyyən öhdəliklərlə başlayıb işğalçı qüvvələrin işgal olunmuş torpaqlardan çıxması ilə davam etməlidir" deyə nazir bildirib. 

 

O əlavə edib ki, Abbas Ərəqçinin səfər etdiyi ölkələrin məsul şəxsləri ilə çox yaxşı müzakirələri olub.

 

Bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlyindən, həmçinin rus ve türk dostlarımızdan bu plan barədə cavab gözləyirik.