Hulusi Akar: “Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək”
“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 11:44
“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.
İnterAz Anadolu-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb:
“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.