Hikmət Hacıyev: Füzuli Ermənistanın işğalı nəticəsində xarabalığa çevrilib
“Euronews” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən repotaj hazırlayıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 12:28
“Euronews” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən repotaj hazırlayıb.
İnterAz xəbər verir ki, reportaj “Azərbaycanın kabus şəhəri dağıntılar altında” adı ilə yayımlanıb.
Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.
“Füzuli Ermənistanın uzunmüddətli barbar işğalı nəticəsində xarabalığa çevrilib”, - deyə Hikmət Hacıyev müsahibəsində bildirib.