Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Noyabr 2020, 10:43

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

 

İnterAz-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

 

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.