DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

...DTX rəisi Əli Nağıyevin Şuşa şəhərinə xidməti səfəri olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Noyabr 2020, 11:08

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

 

İnterAz DTX-nin saytına istinadən xəbər verir ki, qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.