Hikmət Hacıyev: Azərbaycandakı xarici diplomatların Füzuliyə səfəri təşkil olunur

...Səfərdə 120-dən artıq diplomat iştirak edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Noyabr 2020, 12:22

Ali Baş Komandanın, prezidentin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edir.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.