Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib

...Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlıq Qarabağdakı humanitar missiyanın və Rusiya sülhməramlılarının işini müzakirə edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Noyabr 2020, 15:46

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlıq Qarabağdakı humanitar missiyanın və Rusiya sülhməramlılarının işini müzakirə edib.

 

İnterAz xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Bu çərçivədə Prezident görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqələri barədə məlumat verdi”, - deyə Kremlin sözçüsü bildirib.

 

Onun sözlərinə görə, həmçinin Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə də toxunulub.

 

İclasda Baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəzilik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, eləcə də Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi Sergey İvanov iştirak edib.