Türkiyə ordusunun minaaxtaranları işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb

...minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Noyabr 2020, 19:24

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə minaaxtarma əməliyyatına başlayıb.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək.