Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

...bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov söyləyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Dekabr 2020, 17:22

“Azərbaycanda yaradılacaq Birgə Monitorinq Mərkəzində Rusiya və Türkiyə bərabər sayda nümayəndəyə malik olacaq”.

 

İnterAz “Interfax”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov söyləyib.

 

Bildirilib ki, Mərkəz Azərbaycan ərazisində fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, bu gün Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb.