Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

...Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 15:15

“Hazırda Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir. Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək”.

 

İnterAz “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

 

“Türkiyə və Rusiya generalları işləyəcək, Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcək”, - o bildirib.