Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”
...Biz sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olacağıq
Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2020, 17:02
Azərbaycanlı qardaşlarımızla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir.
İnterAz-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməyi Azərbaycana göstərməyə davam edəcək:
“Biz sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”.