Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü barədə Ərdoğanı məlumatlandırıb
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 16:46
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
İnterAz-ın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.
Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.