Hulusi Akar Pakistan HHQ-nin komandanı ilə görüşüb

...görüşdə Türkiyə HHQ-nin komandanı ordu generalı Həsən Küçükakyüz də iştirak edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 16:50

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanla görüşüb.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüşdə Türkiyə HHQ-nin komandanı ordu generalı Həsən Küçükakyüz də iştirak edib.