Putin və Ərdoğan Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər

Kremlin yaydığı məlumatda bildirilir ki, iki lider arasında bu gün telefon danışığı olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 17:38

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

 

İnterAz-ın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, iki lider arasında bu gün telefon danışığı olub.

 

Məlumatda qeyd olunur ki, telefon söhbətində Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşmasının bəzi aspektlərinə xüsusi olaraq toxunulub.

 

Liderlər qarşılıqlı ticarət əlaqələrinin artırılması, mühüm istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin vaksinin birgə istehsalı və tətbiq olunması planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə məsələlərini də müzakirə ediblər.