Dövlət katibliyinə namizəd ABŞ-ın Azərbaycana təzyiq göstərmək niyyətini açıqlayıb

..."Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir"

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 20:45

ABŞ müharibədən sonrakı şərtlərdə Azərbaycana qarşı fəal təzyiqlərə və Ermənistana dəstək vermək niyyətindədir.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken bildirib.

 

"Azərbaycan üçün verilən dəstəyi yenidən gözdən keçirəcəyik. Lazım gələrsə, Azərbaycana qarşı "907 nömrəli akt"ı da aktivləşdirə bilərik. Ermənistanda demokratiya və iqtisadiyyatın təşviq edilməsi və bölgənin təhlükəsizliyi üçün isə Konqres və Pentagon ilə görüşüb, yardım ayırmağa çalışacağıq", - Entoni Blinken qeyd edib.

 

 ABŞ dövlət katibi vəzifəsinə namizəd söyləyib ki, ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır:

 

"Dağlıq Qarabağda daimi sülhün bərqərar olmasını dəstəkləyirik. Bunun üçün də Avropadan olan diplomatlar ilə müzakirələr aparırıq."