Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Biz ATƏT Minsk qrupu həmsədrləri arasında əldə edilmiş razılaşmalara əməl etməyə çalışmışıq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Yanvar 2021, 16:35

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir.

 

İnterAz-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Davos iqtisadi forumunda çıxışı zamanı deyib.

 

“İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.

 

 

V.Putin əlavə edib ki, Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayanması üçün fəal vasitəçilik səylərini göstərib: "Biz ATƏT Minsk qrupu həmsədrləri arasında əldə edilmiş razılaşmalara əməl etməyə çalışmışıq".