Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi açıqlanıb
Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyinə dair açıqlama yayıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2021, 17:50
Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyinə dair açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən İnterAz-a bildirilib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.