Əhməd Əhmədzadə vəzifəsindən azad edilib

...bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Aprel 2021, 15:08

Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

 

İnterAz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi.

 

sss