Prezident Xocavəndə avtomobil yolunun çəkilməsi üçün 13,6 milyon manat ayırıb

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 15:26

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncamda deyilir:

 

"14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

sss