Azərbaycan Prezidenti Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif edib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 10:44

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub.

 

İnterAz-ın xəbərinə görə, Prezident İlham Əliyev aprelin 10-da ordeni səfirə təqdim edib.

 

E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

sss