Hülusi Akar: Qarabağı azad etməklə Azərbaycan bölgədə sülhü bərqərar etdi

Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın haqlı mücadiləsində onun yanında olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 14:16

Qarabağı azad etməklə Azərbaycan bölgədə sülhü bərqərar etdi.

 

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hülusi Akar Liviyadakı türk hərbçiləri ilə görüşündə bəyan edib.

 

Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın haqlı mücadiləsində onun yanında olub. 

 

Hülusi Akar həmçinin bildirib ki, Türkiyə qonşu dövlətlərlə dialoqdan yanadır: “Üçüncü ölkələrin qonşu dövlətlərlə aramızda olan mövzulara qərəzsiz, məntiqli və sağlam düşüncə ilə yanaşacaqların gözləyirəm. Türkiyənin Yunanıstan ilə olan problemlərini Avropa İttifaqı və ABŞ ilə olan problemlərə çevirməməyə çağırıram”.

sss