İsa Qəmbər Kiyevə getməsəydi səsimiz gəlməyəcəkdi - Rauf Arifoğlu

R.Arifoğlu qeyd edib ki, bu, Azərbaycanın demokratik düşərgəsinin uğurudur

Bakı, Orxan Kərimov, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 13:05

Dünya demokratiyasının Baş Maydanı hazırda Kiyevdir. Orada olmaq, Azərbaycanın demokratik düşərgəsinin səsini və dəstəyini oradan dünyaya çatdırmaq yalnız Müsavat başqanının və bu partiyanın uğuru deyil.

 

İnterAz-ın məlumatına görə, bu fikirləri "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz facebook səhifəsində məlumat verib.

 

R.Arifoğlu qeyd edib ki, bu, Azərbaycanın demokratik düşərgəsinin uğurudur. Başqan getməsəydi, bu fakt olmayacaqdı. Dünya demokratiyasının Baş Maydanından səsimiz gəlməyəcəkdi.

 

Xatırladaq ki, Ukraynaya səfər edən Müsavat başqanı İsa Qəmbər dekabrın 15-də paytaxt Kiyevin Azadlıq meydanında çıxış edib. O, Kiyevdə ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Makkeynlə, Ukrayna müxalifətinin liderlərindən olan UDAR Partiyasının sədri Vitali Kliçko ilə görüşüb.