Azərbaycanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağın geri qaytarılması deməkdir - Erməni politoloq

Bunu erməni politoloqu Stepan Qriqoryan "Vilnüsdən sonra: çağırışlar və gələcək imkanlar" adlı ictimai müzakirələrdə deyib

Bakı, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 14:24

Azərbaycanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağın geri qaytarılması deməkdir.

 

Bunu erməni politoloqu Stepan Qriqoryan "Vilnüsdən sonra: çağırışlar və gələcək imkanlar" adlı ictimai müzakirələrdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın bu quruma üzv olması Rusiya üçün böyük əhəmiyyət kəsb edir, bunun qiyməti isə Dağlıq Qarabağ olacaq.

 

Erməni politoloq ölkəsinin Gömrük İttifaqına üzv olmasının milli təhlükəsizliklə bağlı olduğunu bildirib. Nəticədə ölkənin təhlükəsizliyi daha həssas olacaq. İqtisadi və humanitar sahənin Rusiyaya verilməsi Ermənistanın Qarabağla bağlı maraqlarına böyük zərbə olacaq. Azərbaycanın isə quruma üzvlülüyü və hətta, belə bir təkliflə çıxış etməsi bu ölkə üçün sərfəlidir.