Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana səfərə gəlib

Filip Vuyanoviçi hava limanında rəsmi şəxslər qarşılayıb

Bakı, Orxan Kərimov, İnteraz - 16 Dekabr 2013, 17:27

Monteneqro Prezidenti Filip Vuyanoviç “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

 

İnterAz-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Monteneqro Prezidenti Filip Vuyanoviçi hava limanında rəsmi şəxslər qarşılayıb.