Albaniyanın baş naziri Azərbaycana gəlib

Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar

Bakı, Tural Səftərov, İnteraz - 17 Dekabr 2013, 09:04

Albaniya Respublikasının baş naziri Edi Rama “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün bu gün Bakıya gəlib.

 

İnterAz xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq aeroportunda Albaniya baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıb.