Prezident İlham Əliyevin və Monteneqro prezidenti Filip Vuyanoviçin görüşü olub

Görüşdə dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin önəmi vurğulanıb

Bakı, Tural Səftərov, İnteraz - 17 Dekabr 2013, 09:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin görüşü olub.

 

Monteneqronun Prezidenti Filip Vuyanoviç yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.

 

Dövlət başçısı öz növbəsində Filip Vuyanoviçi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

 

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, həyata keçirilən birgə layihələrin əhəmiyyəti qeyd olunub. Həmçinin görüşdə dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin önəmi vurğulanıb, bu layihənin ölkələrimiz və region üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub.