Fövqəladə Hallar naziri İrandan gələn iqtisadi nümayəndə heyətini qəbul edib

Görüş zamanı tərəflər iki ölkə ticari əlaqələrinin bank, gömrük, vergi zəminlərində qarşılaşdığı maneələrin aradan qaldırılmasını və bu istiqamətdə danışıqların aparılmasını istəyib

Bakı, B.Samid, Tural Səftərov, İnteraz - 18 Dekabr 2013, 10:26

Kəmaləddin Heydərov və Tehran ticarət palatası sədri Yəhya Ali-İshaq iki ölkənin iqtisadi əlaqələrini müzakirə edib.

 

İnterAz xəbər verir ki, Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov İrandan gələn iqtisadi nümayəndə heyətini qəbul edib. Görüş zamanı tərəflər Tehran və Bakı əlaqələrinin iqtisadi,siyasi, sənaye, ticarət, mədəniyyət, elmi və digər zəminlərdə inkişaf etdirilməsinə bir daha təkid edib.

 

Kəmaləddin Heydərov İran və Azərbaycan iş adamlarından, iki ölkə iqtisadi potensiallarının çiçəkəlndirilməsi və müştərək iqtisadi layihələrin həyata keçirilməsi üçün sərmayələrin qoyulmasını istəyib.

 

Görüş zamanı tərəflər iki ölkə ticari əlaqələrinin bank, gömrük, vergi zəminlərində qarşılaşdığı maneələrin aradan qaldırılmasını və bu istiqamətdə danışıqların aparılmasını istəyib.