Azərbaycanın İordaniyadakı səfiri Peyğəmbərın (s) mövludunda iştirak edib

Çıxış edənlər, həmçinin Məhəmməd Peyğəmbərin (s) keçdiyi həyat yolundan faydalanaraq günümüzün problemlərinin həllinin, ədalətin təmin edilməsinin, islahat və çiçəklənmənin mümkün olacağını vurğulayıb

Bakı, Orxan Kərimov, Tural Səftərov, İnteraz - 15 Yanvar 2014, 10:03

Azərbaycan İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov İordaniyanın Vəqflər və İslam İşləri Nazirliyi tərəfindən Əmmanda yerləşən Kral I Abdullah məscidində Məhəmməd Peyğəmbərin (s) Mövludu günü ilə bağlı keçirilmiş tədbirdə iştirak edib.

 

Səfirlikdən İnterAz-a verilən xəbərə görə, tədbirdə Kral II Abdullah, Şahzadə Hüseyn, Baş nazir və hökumət üzvləri, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və digər güc strukturlarının nümayəndələri, ölkənin ruhani elitasının nümayəndələri, müftilər və müsəlman ölkələrinin diplomatik nümayəndəliklərinin başçıları iştirak ediblər.

 

Tədbirdə İordaniyanın vəqflər və İslam işləri naziri Hayel Davud, baş müfti Əhməd Hilayel, senator Naval Fauri çıxış edərək Məhəmməd Peyğəmbərin (s) keçdiyi həyat yolundan və mübarizəsindən bəhs edib, sülh və tolerantlıq kimi dəyərlərin yayılması və ekstremizmin bütün formalarının ifşası ilə bağlı çağırışlarını diqqətə çatdırıblar.

 

Çıxış edənlər, həmçinin Məhəmməd Peyğəmbərin (s) keçdiyi həyat yolundan faydalanaraq günümüzün problemlərinin həllinin, ədalətin təmin edilməsinin, islahat və çiçəklənmənin mümkün olacağını vurğulayıblar.