İran ilə Azərbaycanın 4 sərhəd gömrük xidmətlində sadələşdirmələr aparılacaq

İran Ostanlarının Gömrük Məsələləri üzrə baş rəisinin müşaviri və baş direktoru Məhəmməd Hüseyn Bağinayət ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyev arasında görüş olub

Bakı, Tural Səftərov, İnteraz - 15 Yanvar 2014, 11:52

İran ilə Azərbaycanın Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd gömrük xidmətlərində əlavə sadələşdirmələr aparılacaq.

 

İnterAz-ın xəbərinə görə, bu barədə yanvarın 15-də İran Ostanlarının Gömrük Məsələləri üzrə baş rəisinin müşaviri və baş direktoru Məhəmməd Hüseyn Bağinayət ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin Bakıda keçirilən görüşündə bildirilib.

 

Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və gömrük problemlərinin həlli yolları, həmçinin Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd gömrüklərində əlavə sadələşdirmələrin yaradılması məsələsini müzakirə olunub. Tərəflər İran və Azərbaycan gömrük xidmətlərinin rəislərinin Astara, Biləsuvar, Culfa və Poldəşt sərhədlərində davamlı görüşlərinin zəruriliyini vurğulayıblar. Onlar beynəlxalq və regional dairələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi barəsində danışıqlar aparıblar.