Qırğızıstanın fövqəladə hallar naziri Azərbaycanda səfərdədir

Qonaqlara Bakıda görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib

Bakı, Tural Səftərov, İnteraz - 15 Yanvar 2014, 12:16

Azərbaycanda səfərdə olan Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

 

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.