Hacı Allahşükür Paşazadə Türkmənistan parlamentinin sədri ilə görüşüb

Şeyxülislam və Ağsaqallar Şurasının sədri Fəttah Heydərov Ağca Nurberdiyevanı Bakıya dəvət ediblər

Bakı, Tural Səftərov, İnteraz - 15 Yanvar 2014, 14:46

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Türkmənistana səfəri çərçivəsində bu ölkənin parlamenitinin sədri Ağca Nurberdiyeva ilə görüşüb. 

 

İnterAz ANS TV-yə istinadən xəbər verir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Ağsaqallar Şurasının sədri Fəttah Heydərov parlament sədrini Bakıya səfərə dəvət ediblər.

 

Xatırladaq ki, səfər çərcivəsində Şeyxülislam ötən gün həmçinin Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovla da görüşüb. Azərbaycan nümayəndə heyəti Türkmənistanın Ruhi məscidinə baş çəkərək, Türkmənbaşı və onun ailə üzvlərinin məzarı olan ziyarətgahda olub.