Kəmaləddin Heydərov qırğız həmkarı ilə görüşüb

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı, Tural Səftərov, İnteraz - 15 Yanvar 2014, 17:14

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

İnterAz nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə K.Heydərov iki ölkə arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq, hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb. O, respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

 

K.Boronov ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra qonaq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin, Mülki müdafiə qoşunları komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.