“Əgər səudilər Kərbəlaya yaxınlaşsa, biz günorta namazımızı Baqidə qılacağıq”

İraq ordusunun briqada generalı Fadil Bərvarinin bu kəskin bəyanatı bütün sosial şəbəkələrdə sürətlə yayılaraq səs-küyə səbəb olub

Moskva, Roman Ağayev, İnteraz - 16 Yanvar 2014, 00:21

İnterAz-ın xeberşnur-azşcom-a istinadən verdiyi xəbərə görə, özünün terrorizmlə barışmaz mübarizəsi ilə tanınan briqada generalı öz bəyanatı ilə xüsusilə vurğulayıb: əgər səudilər bizim Kərbəladakı müqəddəs yerlərə hücum etsələr və ya əgər İraq torpağının heç olmaya kiçicik bir hissəsini zəbt etməyə qərar versələr, biz günorta namazımızı Mədinədəki Baqi məzarlığında qılacağıq.

Fadil Bərvari həmçinin 4 İraq əsgərini qətlə yetirmiş terrorçuları təhdid edib. O vəd edib ki, 4 İraq əsgəri əvəzinin qisası olaraq 4 min terrorçu öldürüləcək.