Cəbhə xəttində atəşkəs pozulub

Düşmən cavab atəşi ilə susdurulub

Bakı, Tural Səftərov, İnteraz - 17 Yanvar 2014, 12:05

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.