Erməni silahlı bölmələri bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Bakı, Tural Səftərov, İnteraz - 18 Yanvar 2014, 10:08

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.