Rusiyanın Müdafiə naziri Bakıdadır

13 Oktyabr 2014, 17:48

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

Azərbaycan prezidenti Vyetnam nümayəndə heyətini qəbul edib

13 Oktyabr 2014, 15:12

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

"Şiələr və sünnilər bir-birini təhqir etməklə düşmənə kömək edirlər"

13 Oktyabr 2014, 14:18

“Qədir-Xum şiələr üçün elmi dairələrdə araşdırılan ən möhkəm və məntiqli bir arqumentdir. Amma bu məsələ müsəlmanların vahid istiqamətdə hərəkət etməsinə və onların qardaşlığına təsir etməməlidir".

"Artıq Sarkisyan da Azərbaycanın bir çox məsələlərdə ciddi nailiyyətlər əldə etdiyini təsdiqləyib"

13 Oktyabr 2014, 13:57

"AŞPA-nın payız toplantısında qəbul edilmiş qətnamənin adının "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdəki vəziyyətin gərginləşməsi" ilə bağlı olması isə göstərir ki, Ermənistan diplomatiyası artıq məğlubiyyətə uğramaq üzrədir".

İşğalçı ermənilər cəbhə xəttində atəşkəs rejimini 22 dəfə pozublar

13 Oktyabr 2014, 09:54

Goranboyun Tapqaraqoyunlu, Ağdamın Cəvahirli, Mərzili, Yusifcanlı, Füzulinin Horadiz, Aşağı Veysəlli, Cəbrayılın Mehdili, Tərtər rayonunun Göyarx, Xocavəndin Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Rusiya Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana gəlir

13 Oktyabr 2014, 09:52

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Üç ilə Ermənistan Qarabağı və ətraf rayonları azad etməlidir – Dmitriy Savelyev

11 Oktyabr 2014, 15:50

Ermənistan xalqı öz hakimiyyətinin apardığı siyasətin əsiridir. Nəticə etibarı ilə Ermənistanda biz nə görürük? Tam şəkildə səfalət.

Azərbaycan İtaliyaya nota verdi - Foto

11 Oktyabr 2014, 14:28

"Ermənistan hər zaman olduğu kimi cılız metodlara əl ataraq təşkilatçıları aldatmağa nail olub. Belə ki, yalnız tədbirin son günü özlərinə aid olan hissədə Azərbaycan ərazilərini qondarma “DQR” əraziləri kimi təqdim edərək, “Qarabağ” adı altında müxtəlif nümunələr nümayiş etdirməyə cəhd ediblər”.

Sergey Şoyqu Azərbaycana gəlir

11 Oktyabr 2014, 12:55

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

Fəzail İbrahimli: "Ermənistan vasitəsilə Azərbaycana təzyiq edilir"

11 Oktyabr 2014, 11:55

“Fransa bir çox maraqları olan ölkədir. Demokratiyanın beşiyi adlansa da, o cür deyil. Dövlətin başçısı istənilən diktəni edir. Fransa ölkəni yeyən, dağıdan, istədiyi kimi idarə edən bir şəxsin idarə etdiyi dövlətdir".

İşğalçılar atəşkəs rejimini 16 dəfə pozublar

11 Oktyabr 2014, 10:26

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Prezident Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Fotolent

10 Oktyabr 2014, 15:52

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Azərbaycanda dünyasını dəyişən erməni diversantın meyiti ölkəsinə qaytarılıb

10 Oktyabr 2014, 15:02

7 avqust 2014-cü il tarixdə Respublikanın ərazisində saxlanan və bir gün sonra saxlanma yerində qəflətən ölən Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşi qarşı tərəfə qaytarılıb.

Lent

Ən çox oxunan