Elmar Məmmədyarov İƏT-in Baş katibi ilə görüşüb

06 Mart 2014, 12:38

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Mudafiə naziri cəbhə xəttində döyüşə hazırlıq vəziyyətini yoxlayıb

06 Mart 2014, 11:24

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.

Azərbaycanın Tehrandakı səfiri Urmiyanın ostandarı ilə görüşüb

06 Mart 2014, 11:20

Cavanşir Axundov və Qərbi-Azərbaycan əyalətinin ostandarı iki ölkə əlaqələrini müzakirə ediblər.

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub

06 Mart 2014, 10:13

Düşmən cavab atəşi ilə susdurulub.

Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

06 Mart 2014, 09:23

Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib.

Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş Layihə Əlaqələndiricisini qəbul edib

06 Mart 2014, 09:15

Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş Layihə Əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib.

Asim Mollazadə Hollandiya səfiri ilə görüşüb

05 Mart 2014, 17:34

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse ilə görüşüb. Görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri və Qarabağ münaqişəsinin həlli məsələsı müzakirə olunub.

Azərbaycanda cəsusluqda ittiham edilən şəxslərin İranla heç bir əlaqəsi yoxdur - İran səfirliyi

05 Mart 2014, 17:03

“İran-Azərbaycan əlaqələri qarşılıqlı etibar və ehtiram şəklidə genişlənməkdədir”.

Vitaliy Kliçko hər gün prezidentliyə bir addım yaxışnlaşır

05 Mart 2014, 16:34

Vitaliy Kliçko hər gün prezidentliyə bir addım yaxışnlaşır, əslində o yeganə siyasətçidi ki, ölkədə olan nüfuzundan istifadə edib, Ukraynanı vahid saxlaya bilər, yeni hökumətin tərkibində iştirak etməməsi, fərqli siyasət yeritməsi, daha çox mərkəzçi qüvvə kimi çıxış etməsi, Yuşşenkonun açıq şəkildə onu dəstəkləyəcəyini bəyan etməsi, əslində elə Putinin də "prezident seçkilərində yeni siyasi qüvvə hakimiyyətə gəlməlidir" deməsi Vitalinin qarşısında prezidentliyə gedən yolu hamarlayır.

ATƏT-in təmas xəttində keçirdiyi monitorinq baş tutub

05 Mart 2014, 16:34

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Həsən Zeynalov "ilin diplomatı" oldu

05 Mart 2014, 16:04

Ötən gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının, İstanbulda yaşayan türk və azərbaycanlı ziyalıların, elm və incəsənət adamlarının iştirakı ilə toplantı keçirilib.

Nəsimi Rayon Məhkəməsində Anar Məmmədlinin işinə baxılacaq

05 Mart 2014, 15:48

Baş Prokurorluq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinə təqdimat verib.

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

05 Mart 2014, 15:26

Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul edib.

Lent

Ən çox oxunan