Cəbhədən xəbər: işğalçılar atəşkəs rejimini 14 dəfə pozublar

16 Oktyabr 2014, 09:56

Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan prezidenti Tacikistanda rəsmi səfərdədir

15 Oktyabr 2014, 17:58

Səfər çərçivəsində prezident İlham Əliyev tacikistanlı həmkarı Emomali Rəhmon və Tacikistanın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüş keçirəcək.

"İranda azərbaycandilli telekanalın açılışı bu dilə verilən əhəmiyyəti göstərir"

15 Oktyabr 2014, 16:38

"İran teleradio təşkilatının sədri tərəfindən ölkədə yeni azərbaycandilli telekanalının təsis edilməsi İslam respublikasının Azərbaycan dilinin inkişafına göstərdiyi diqqəti əks etdirir”.

Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi

15 Oktyabr 2014, 16:26

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycan prezidenti Fələstin Dövlətinin xarici işlər nazirini qəbul edib

15 Oktyabr 2014, 16:01

Riyad əl-Maliki Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu dəstəyi hiss etdiklərini məmnunluqla qeyd edib.

Elmar Məmmədyarov: “Azərbaycanın Fələstin ilə bağlı mövqeyi bəllidir”

15 Oktyabr 2014, 15:05

"Biz Fələstinə və onun xalqına dəstək vermişik. Azərbaycan İsrailin işğalı nəticəsində əziyyət çəkənlərə maliyyə yardım göndərib. Bu səfər çərçivəsində biz ilk növbədə təhsil və sosial sahədə əməkdaşlığımızı gücləndirəcəyik".

Fələstin XİN rəhbəri Azərbaycanda səfərdədir

15 Oktyabr 2014, 13:47

Elmar Məmmədyarovun fələstinli həmkarı Riyad əl-Maliki ilə həm təkbətək, həm də geniş tərkibli görüşü keçirilib. Səfər çərçivəsində Azərbaycan və Fələstin XİN-ləri arası məsləhətləşmələr haqqında anlaşma memarandumu imzalanacaq.

Bu dəfə cəbhə xəttində keçiriləcək monitorinq daha ciddi olacaq

15 Oktyabr 2014, 11:43

Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov, Pyer Andryu, Ceyms Uorlik , elecə də C.Uorlikin koməkçisi David Salvo, İ.Popovun koməkçisi Yelena Kravçenko Silahlı Qüvvələrimizin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.

İşğalçı rejimin hərbçiləri atəşkəs rejimini 12 dəfə pozublar

15 Oktyabr 2014, 11:39

Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Artur Rasizadə Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü ilə görüşüb

14 Oktyabr 2014, 17:56

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü Le Honq Anh Azərbaycana ilk səfərindən məmnun olduğunu qeyd edib və mütəmadi əlaqələrin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə stimul verəcəyini söyləyib.

Azərbaycan prezidenti Tacikistana səfər edəcək

14 Oktyabr 2014, 17:46

Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində tərəflər arasında bir sıra ikitərəfli müqavilələrin imzalanması gözlənilir.

Fələstin Dövlətinin xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

14 Oktyabr 2014, 12:08

Səfər çərçivəsində Riyad əl-Malikinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Cəbhədə gərginlik davam edir, işğalçılar atəşkəs rejimini 21 dəfə pozublar

14 Oktyabr 2014, 09:49

Ağdamın Şıxlar, Şuraabad, Füzulinin Horadiz, Aşağı Veysəlli, Goranboyun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavəndin ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Lent

Ən çox oxunan