Heydər Əliyev Fondu ürək qüsurundan əziyyət çəkən uşağın bütün xərclərini öz üzərinə götürüb

18 Aprel 2014, 17:09

Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər və Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür.

Dövlət başçısı Cənubi Koreya prezidentinə başsağlığı verib

18 Aprel 2014, 16:11

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram."

Qazaxıstanın Müdafiə naziri Azərbaycana rəsmi səfər edəcək

18 Aprel 2014, 15:50

Səfər proqramı çərçivəsində cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktorunu qəbul edib - Foto

18 Aprel 2014, 14:15

Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlər sona çatıb - Fotolent

18 Aprel 2014, 11:36

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.

Cəbhədə vəziyyət gərgin olaraq qalır

18 Aprel 2014, 09:43

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Braziliya telekanalında Azərbaycan haqqında reportaj

17 Aprel 2014, 17:06

Reportajda Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət, ölkəmizin enerji siyasəti, Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyətli rolu qeyd olunub.

Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

17 Aprel 2014, 17:02

Görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda fikir mübadiləsi aparılıb.

ATƏT sədri Didye Burkhalter Azərbaycana rəsmi səfər edəcək

17 Aprel 2014, 15:46

Azərbaycanın dövlət rəsmiləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli və ATƏT ilə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Naxçıvanda keçirilən genişmiqyaslı təlimlər başa çatıb

17 Aprel 2014, 14:58

Təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400 ədəd zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr iştirak edib.

ABŞ Konqresinin nümayəndə heyəti aprelin 18-də Bakının qonağı olacaq

17 Aprel 2014, 13:06

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan dövlət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

17 Aprel 2014, 12:30

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının həyata keçirdiyi tədbirlərin önəmi qeyd olunub.

Pakistan Hərbi Hava Qüvvələri Komandanının Azərbaycana rəsmi səfəri başlayıb - Foto

17 Aprel 2014, 11:31

Aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Lent

Ən çox oxunan