İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədrini qəbul edib

21 Oktyabr 2013, 14:26

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cəmil Həsənlinin mətbuat xidməti Gülər Əhmədovaya cavab verdi

21 Oktyabr 2013, 14:16

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova bu gün keçirilən məhkəmə prosesində bəyanatla çıxış edib. Gülər Əhmədova bildirib ki, ABŞ və ATƏT onu cinayətkar adlandırıb.

ABŞ səfiri İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanat verib

21 Oktyabr 2013, 13:41

“Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. İstənilən tərəfdaşlar arasında olduğu kimi bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var".

Fəzail Ağamalı: "Rəsul Quliyevin istefası gözlənilən idi" Münasibət

21 Oktyabr 2013, 13:35

Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasından imtina etməsi artıq partiya yığıncağında qəbul olunub. Bundan sonra sabiq ACP liderinin hansı addım atacağı məlum olmasa da gözlənilən hesab edilir.

Prezident Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb

21 Oktyabr 2013, 13:28

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Araz Əzimov: "Rusiyada bu məsələ hədsiz şişirdilib, ictimailəşdirilib"

21 Oktyabr 2013, 12:00

"Kriminal hadisə baş veribsə, onun istintaq və məhkəmə prosesi normal şəkildə və qanunvericilik çərçivəsində həyata keçirilməlidir." İnterAz-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Moskvada baş vermiş qətl hadisəsində ittiham olunan Orxan Zeynalovun məsələsinə münasibət bildirərkən qeyd edib.

Araz Əzimov: "Hələlik irəliləyiş yoxdur"

21 Oktyabr 2013, 11:20

"Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılmır. Sadəcə olaraq, ayrı-ayrı görüşlər keçirilir." İnterAz xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana gəlib

21 Oktyabr 2013, 10:45

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycana səfərə gəlib. İnterAz xəbər verir ki, qısamüddətli səfər çərçivəsində Ceyms Uorlik bu gün Azərbaycanın rəsmiləri ilə görüşəcək.

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

21 Oktyabr 2013, 09:43

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

İlham Əliyev: "Qarşıdakı dövrdə Azərbaycan hücum diplomatiyasını davam etdirəcək"

19 Oktyabr 2013, 16:07

"Prezident seçkiləri və bu seçkilərin nəticələri dövlət müstəqilliynə xalq tərəfindən verilən növbəti qiymətdir." İnterAz-ın məluamtına görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bildirib.

Aydın Mirzəzadə: "Prezident inauqurasiya zamanı ermənilərə ciddi mesaj verdi"

19 Oktyabr 2013, 14:01

“Prezident İlham Əliyevin bu gün keçirilən andiçmə mərasimi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı idi ”- Bu fikri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mizəzadə İnterAz-a açıqlamasında söyləyib.

Azərbaycan Rusiyaya ikinci dəfə nota verib

19 Oktyabr 2013, 13:32

Azərbaycan Moskvanın Biryulevo rayonunda qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalova konsulluq dəstəyinin göstərilməsi tələbi ilə Rusiya Xarici İşlər Nazirliyinə ikinci dəfə nota verib.

İlham Əliyev: "Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm"

19 Oktyabr 2013, 13:06

"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən ölkə Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!". İnterAz xəbər verir ki, bunu Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimində deyib.

Lent

Ən çox oxunan