Türkiyə prezidenti Abdullah Gül İlham Əliyevi təbrik edib

10 Oktyabr 2013, 13:32

Azərbaycanda bu gün keçirilən prezident seçkiləri nəticəsində bu ən yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi öz adımdan və Türk xalqı adından ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Məzahir Pənahov: "İlham Əliyev 84,59% səslə irəlidədir"

10 Oktyabr 2013, 12:24

Seçki nəticələrinin 100% çatmamasının səbəbi məcburi köçkünlərin səs verdiyi məntəqələrdə səslərin toplanmasıdır.

Amerika Müşahidəçilər Qrupu: "Bu il şəffaflığı daha aydın müşahidə etdik"

10 Oktyabr 2013, 11:18

"Seçki günü müşahidələrimiz zamanı olduğumuz yerlərdə qeydiyyat siyahılarının prosessual logistikası, seçicilərin təsdiqlənməsi üçün mürəkkəbdən istifadə, müxtəlif siyasi partiyalardan olan nümayəndələr, bütün rayon və məntəqələrini əhatə edən seçki müşahidəçiləri, veb kameralardan və exitpoldan istifadə olunduğunun şahidi olduq".

MSK: "Saat 9:00-a olan məlumata görə İlham Əliyev 3.100.981 səs toplayıb"

10 Oktyabr 2013, 10:32

Seçicilərin 84,57%-i İlham Əliyevə səs verib.

Cəbhə xəttində gərginlik davam edir

10 Oktyabr 2013, 09:54

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Naxçıvan MTN “Amerikanın səsi”nə cavab verib

10 Oktyabr 2013, 09:48

Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2 saylı Şərur Seçki Dairəsi üzrə Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi kimi qeydiyyatdan keçmiş Şərur rayonu Yuxarı Daşarx kənd sakini Əkbərli İsrail İsa oğlunun naməlum şəxslər tərəfindən 34 saylı seçki məntəqəsindən çıxarılması və MTN əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə “Amerikanın səsi” radiosu vasitəsi ilə səsləndirdiyi iddialarla bağlı açıqlama yayıb.

İlham Əliyev: "Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq"

10 Oktyabr 2013, 09:38

Prezident İlham Əliyev müraciətində ona böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqına minnətdarlığını bildirib.

Seçki məntəqələrində səsvermə davam edir

09 Oktyabr 2013, 19:53

Qeyd edək ki, saat 17-yə olan məlumata görə seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb. Sakinlər məntəqədəki nizam-intizamdan razı qaldıqlarını və istədikləri namizədə səs verdiklərini bildiriblər.

Cəmil Həsənli: "Seçkilərin saxtalaşdırılması ilə bağlı məlumatlar əldə etmişik"

09 Oktyabr 2013, 19:18

Səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran Cəmil Həsənli artıq seçkilərdə qanun pozuntularının qeydə alındığını bildirib

Ağcabədili seçicilər də yüksək fəallıqları ilə fərqləniblər

09 Oktyabr 2013, 18:57

Seçkiləri beynəlxalq missiyanın eləcə də yerli müşahidə qruplarının nümayəndələri müşahidə edib.

Bu gün YAP-da jurnalistlər üçün mətbuat konfransı keşiriləcək

09 Oktyabr 2013, 18:11

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycanda keçirilən prezident seçkilərinin yukunlaşması ilə bağlı mətbuat konfransı keçiriləcək.

Mübariz Qurbanlı: "Azərbaycanda prezident seçkisi çox şəffaf və demokratik keçir"

09 Oktyabr 2013, 17:54

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı İnterAz-a bildirib ki, 17 saylı Yasamal rayonu üçüncü seçki dairəsində keçirilən səsvermədə iştirak edib.

Rəfael Hüseynov: “Seçki ölkənin simasını dünyaya göstərən bir hadisədir”

09 Oktyabr 2013, 17:28

"Ötən seçkilərlə müqayisədə onu bu il Azərbaycan vətəndaşlarında daha aktivlik müşahidə olunur. Rayonlarda səhər saatlarında seçicilərin demək olar ki, yüzdə doxsanı artıq məntəqələrə gədib səs deiblər. Mən yaranmış hazırki demokratik mühiti çox yüksək dəyərləndirirəm”. Millət vəkili Rəfael Hüseynov bunu “İnterAz”a bu günkü prezident seçkiləri ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Lent

Ən çox oxunan