Bakıda Azərbaycan hərbçiləri üçün NATO təlim kursu keçirir

20 May 2014, 13:05

Təlim kursunda beynəlxalq maddi-texniki təminatın əsasları, NATO-da planlaşdırma, strateji hərbi hava vasitələrinin təminatı və digər mövzular dinləyicilərin diqqətinə çatdırılacaqdır.

Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki tədbirində iştirak edəcək

20 May 2014, 11:03

Müdafiə nazirinin birinci müavini mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak edəcək.

General-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

20 May 2014, 09:15

Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

İşğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejimini pozublar

20 May 2014, 08:53

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Azərbaycan prezidenti Çində rəsmi səfərdədir - Fotolent

20 May 2014, 08:19

Şanxayın “Pudong” Beynəlxalq Aeroportunda prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - Fotolent

20 May 2014, 08:00

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan və Vyetnam prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

19 May 2014, 15:28

Bundan əvvəl prezident İlham Əliyev Hanoyda Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla da görüşüb.

Prezident İlham Əliyevlə Vyetnam prezidentinin məhdud tərkibdə görüşü olub

19 May 2014, 12:35

Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Ceyms Uorlikdən Azərbaycan və Ermənistana çağırış - Foto

19 May 2014, 11:53

"Bu sərsəng su anbarıdır. Əgər hər iki tərəf bu su resursundan birgə istifadə etsəydi, müsbət addım olardı".

"Azərbaycan prezidentinin Vyetnama səfəri tarixi səfərdir"

19 May 2014, 11:10

"Dövlət səfəri çərçivəsində möhtəşəm rəsmi qarşılanma mərasimi oldu. Ho Şi Minin mavzoleyini ziyarət etdik. Prezidentin Azərbaycan universitetlərinin 300-dən çox vyetnamlı məzunu ilə təsirli və unudulmaz görüşü oldu".

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

19 May 2014, 09:18

Azərbaycan-Almaniya əməkdaşlıq Proqramına əsasən mayın 20-dən 22-dək Koblents və Oyskirxen şəhərlərində (Almaniya) İnformasiya texnologiyaları mövzusunda ekspert görüşü keçiriləcək.

İşğalçılar sutka ərzində atəşkəs rejimini pozmaqda davam ediblər

19 May 2014, 09:15

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Azərbaycan ABŞ-da keçirilən İpək Yolu Konfransında iştirak edib - Fotolent

19 May 2014, 09:13

ABŞ-ın aparıcı biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində Yeni İpək Yolu boyunca ölkələrin iqtisadiyyatı, onlar arasında ticarət və iqtisadi münasibətlər, ölkələrin biznes mühiti və tranzit imkanlarına həsr olunmuş IX ənənəvi İpək Yolu Konfransı keçirilib.

Lent