"Azərbaycan Xəzərin hər iki sektorunda keçirilən birgə təlimlərdə iştirak etməkdə maraqlıdır"

05 Iyun 2014, 17:31

Qəbələdə keçirilən beynəlxalq konfransın olduqca məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran Qazaxıstanın fövqəladə hallar naziri deyib ki, onun rəhbərlik etdiyi qurum azərbaycanlı həmkarları ilə yüksək informasiya texnologiyalarının tətbiqi, yanğın təhlükəsizliyi və digər sahələrdə daha geniş əməkdaşlıq etməyə hazırdır.

Malayziyanın xarici işlər naziri Azərbaycana gəlir

05 Iyun 2014, 16:52

Malayziya rəsmisinin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşəcəyi planlaşdırılır. Görüşlərdə hər iki ölkə üçün maraq doğuran məsələlər müzakirə olunacaq.

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri görüşdü

05 Iyun 2014, 16:43

Görüşdə xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb.

Türkdilli Dövlətlərin IV Zirvə toplantısında birgə Bəyannamə imzalandı

05 Iyun 2014, 16:37

Dövlət başçıları Zirvə toplantısının birgə Bəyannaməsini, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzaladılar. Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçildi. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olundu.

Kəmaləddin Heydərov Pakistanın Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri ilə görüşüb

05 Iyun 2014, 16:24

Görüşdə Kəmaləddin Heydərov qeyd edib ki, İslamabad bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Azərbaycan da, öz növbəsində beynəlxalq tədbirlərdə dost ölkə olan Pakistana dəstəyini əsirgəmir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işə başladı

05 Iyun 2014, 13:55

Tonlantını prezident Abdullah Gül açıq elan edib. Bildirilib ki, bu zirvə toplantısı qardaş xalqlarımızın ortaq arzusu olan birlik və bərabərliyimizin ən güclü göstəricisidir. Prezidentlər səviyyəsində nümayiş etdirdiyimiz bu sıx əlaqələr digər əməkdaşlıq səfərlərinə də təkan verib. Bu sahədə bir çox layihələr həyata keçirilib.

Kəmaləddin Heydərov Bəşir Atalayla görüşüb

05 Iyun 2014, 11:19

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Kəmaləddin Heydərov qeyd edib ki, iki qardaş ölkə - Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edir: “Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimizin müvafiq qurumları xalqlarımız və dövlətlərimizin mənafeyi naminə mühüm tədbirlər həyata keçirirlər. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaş, ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək”.

Zakir Həsənov ABŞ-ın müdafiə naziri ilə görüşüb - Fotolent

05 Iyun 2014, 10:28

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

İlham Əliyev sərəmcam imzaladı

05 Iyun 2014, 10:17

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. İnterAz xəbər verir ki, “Əməkdar mühəndis” fəxri adı su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə verilib.

"İşğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejimini 45 dəfə pozublar"

05 Iyun 2014, 10:16

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən mövqelərimiz atəşə tutulub.

Azərbaycan və Türkmənistan prezidentləri görüşüb

05 Iyun 2014, 09:22

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

İlham Əliyev Abdullah Güllə görüşdü

05 Iyun 2014, 09:15

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edildi, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.

İlham Əliyev Nursultan Nazarbayevlə görüşüb

05 Iyun 2014, 09:08

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Lent

Ən çox oxunan