General-polkovnik Zakir Həsənov ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətini qəbul edib - Foto

19 Aprel 2014, 15:06

Zakir Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

Ukranya məsələsi Suriya münaqişəsini kölgədə saxlayır - Araşdırma

19 Aprel 2014, 15:02

Qətiyyətlə demək olar ki, hazırda Rusiya və ABŞ Suriyadakı döyüşlərdə kimin irəliləməyini müşahidə etmək və gözləməklə kifayətləniblər.

İlham Əliyev ABŞ konqresmenlərini qəbul edib - Foto

19 Aprel 2014, 11:58

Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını yüksək dəyərləndiriblər.

Sərhəd Qoşunlarının komandanı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib - Fotolent

19 Aprel 2014, 11:37

Görüşdə hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyətinə dair məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

“Şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik”

19 Aprel 2014, 11:01

"Azərbaycan prezidenti İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaq”.

Heydər Əliyev Fondu ürək qüsurundan əziyyət çəkən uşağın bütün xərclərini öz üzərinə götürüb

18 Aprel 2014, 16:09

Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər və Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür.

Dövlət başçısı Cənubi Koreya prezidentinə başsağlığı verib

18 Aprel 2014, 15:11

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram."

Qazaxıstanın Müdafiə naziri Azərbaycana rəsmi səfər edəcək

18 Aprel 2014, 14:50

Səfər proqramı çərçivəsində cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktorunu qəbul edib - Foto

18 Aprel 2014, 13:15

Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlər sona çatıb - Fotolent

18 Aprel 2014, 10:36

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.

Cəbhədə vəziyyət gərgin olaraq qalır

18 Aprel 2014, 08:43

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Braziliya telekanalında Azərbaycan haqqında reportaj

17 Aprel 2014, 16:06

Reportajda Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət, ölkəmizin enerji siyasəti, Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyətli rolu qeyd olunub.

Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

17 Aprel 2014, 16:02

Görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda fikir mübadiləsi aparılıb.

Lent

Ən çox oxunan