İlham Əliyev Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul edib

02 Iyun 2014, 17:53

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edilib, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığı bildirilib.

İsveçrə Konfederasiyasının Prezidenti Milli Məclisdə olub

02 Iyun 2014, 17:35

Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

İlham Əliyev mülki aviasiya işçilərini “Tərəqqi” medalı ilə təltif etdi

02 Iyun 2014, 17:05

Prezident aviasiya işçilərinin təltif edilməsilə bağlı sərəncam imzalayıb

Azərbaycan Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına dəvət edilib

02 Iyun 2014, 16:42

"Azərbaycanın istər Avrasiya İqtisadi Birliyi, istər Gömrük İttifaqı, istərsə də inteqrasiyanın başqa formalarına iştirakı konkret müzakirələrin predmetidir. Burada heç bir qadağa mövcud deyil. Hesab edirəm ki, Azərbaycanın bu razılaşmalarda iştirakı məntiqli olardı”.

Avropa Parlamenti və Avropa Komissiyasında Azərbaycanla bağlı müzakirələr keçiriləcək

02 Iyun 2014, 13:53

Təklif olunub ki, həmin institutlarda Azərbaycana dair məsələlərin müzakirəsinə, ölkəmiz haqqında obyektiv qərarların qəbul olunmasına nail olmaq üçün Azərbaycanın dostları qrupu yaradılsın və onlara dövlət səviyyəsində hər cür maddi, mənəvi dəstək göstərilsin.

İlham Əliyev Gənclərin VII Forumunun iştirakçılarını təbrik edib

02 Iyun 2014, 13:03

İlham Əliyev: "Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər".

Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatla çıxış ediblər

02 Iyun 2014, 11:57

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış ediblər.

Çex Respublikasının xarici işlər naziri Azərbaycanda səfərdədir

02 Iyun 2014, 11:43

Səfər çərçivəsində Lubomir Zaoralekin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

İlham Əliyev İsveçrə Konfederasiyasının prezidentini qəbul edib

02 Iyun 2014, 11:06

Söhbət əsnasında həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, D. Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Zakir Həsənovun NATO-ya səfəri başlayıb

02 Iyun 2014, 09:59

Zakir Həsənov NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvətilə Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcək.

"İşğalçılar sutka ərzində atəşkəs rejimini 75 dəfə pozublar"

02 Iyun 2014, 09:50

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

28 may – Respublika günü Macarıstanda da qeyd edilib

02 Iyun 2014, 09:25

28 may - Respublika günü Budapeştin mərkəzində yerləşən "İnterContinental" otelində qeyd edilib.

İsveçrə Konfederasiyasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

02 Iyun 2014, 09:05

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Lent

Ən çox oxunan