Azərbaycanda bayram namazı qılınıb

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram xütbəsində Azərbaycan xalqının təhlükəsizliyi üçün dua edib, erməni işğalçılara lənət oxuyub

Bakı, Nərgiz Quliyeva, İnteraz - 15 Iyun 2018, 10:29

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb.

Təzə Pir məscidində qılınan namaza Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və ailə üzvləri də qatılıb.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram xütbəsində Azərbaycan xalqının təhlükəsizliyi üçün dua edib, erməni işğalçılara  lənət oxuyub.

Bundan əvvəl isə Əjdərbəy məscidində bayram namazı qılınıb.

Ən çox oxunan